Nəzrin Ömərzadə kimdir?

Hər bir insanın daxilində görünən bir reallıq var. Bunun paralelində, yalnız sənətin, ədəbiyyatın, fəlsəfənin, təmiz ruhun və təmiz idrakın işığında üzə çıxan başqa bir paralel reallıq var. Bəzən insan bu reallıqlar arasında seçim edə bilmir. İdarəçilik və elmi araşdırmalar sərt nizam-intizam tələb etsə də, ruhun qida və yaradıcılıq axtarışı hər zaman incə intellektual zövqdən, estetik duyumdan və çaşdırıcı suallardan ibarətdir. Mən bu iki reallığın sərhədində yaşayıram.

Akademik yolum Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya ixtisası üzrə bakalavr, Bakı Dövlət Universitetinin Siyasətin sosiologiyası ixtisası üzrə magistr dərəcəsi ilə formalaşıb. Hal-hazırda Azərbaycan İdman Akademiyasında Tələbə və könüllülərlə iş şöbəsinin müdiri kimi çalışır, eyni zamanda “Sosiologiya” və “Karyera Planlaması” fənlərindən dərslər deyirəm. Gənclər evləri üçün təlimlər keçir, paralel olaraq xaricdə təhsillə bağlı konsultasiyalar həyata keçirirəm.

Paralel reallığımın mərkəzində isə incəsənət və ədəbiyyat dayanır. İnsanın daxili ziddiyyətlərini, əxlaqi seçimlərini və mənəvi iztirablarını dərindən hiss etmək istədikdə mənim üçün həmişə Fyodor Dostoyevskinin səhifələri açılır.

Vizual dünyamda isə hər şey Vinsent Van Qoqun fırça zərbələrinin emosional gücü ilə tənzimlənir. Onun rənglərlə yazdığı üsyan, təbiətə və həyata olan sarsılmaz sevgisi reallığı tamamilə daha həssas, daha saf duyğularla görməyə vadar edir.

İdman həyatımın dinamik tərəfidir. Futbolu, velosiped sürməyi, badminton oynamağı, kanoe sürməyi, stolüstü oyunları, üzməyi sevirəm. Bütün bunlar mənim üçün təkcə fiziki aktivlik deyil, həm də nizam-intizam və həyat ritmidir.